İRNA-nın hökumət sahəsi üzrə müxbirinin verdiyi məlumata görə, BMT-nin Baş Assambleyasının iclasında iştirak etmək üçün 18 sentyabr bazar ertəsi səhər saatlarında Nyu-Yorka səfər etmiş Ayətullah Seyid İbrahim Rəisi bir neçə dəqiqə əvvəl Birinci vitse-prezident Məhəmməd Müxbir və bir sıra hökumət nümayəndələrinin qarşılaması ilə Tehrana gəlib. Prezidentin bu səfərdə əsəs məqsədi İranın BMT-nin üzvü olduğu və bu təşkilatın inkişaf, təhlükəsizlik, sülh və qlobal ədalətdə həlledici rol oynamasını gözlədiyini çatdırmaq idi.
Liderlər və baş nazirlər səviyyəsində 12 diplomatik görüş, beş kollektiv iclasda iştirak və BMT-də çıxış dövlət başçısının bu ikinci iştirakının töhfəsi idi. Bu qədər görüş Nyu-Yorkda üç günlük intensiv səfərdə həyata keçirildi.
Bu səfər zamanı Ayətullah Rəisi Amerika KİV-lərinin bir qrup redaktoru və yüksək səviyyəli müxbiri, Amerikanın xarici siyasət mütəfəkkirləri, Amerika Xarici Əlaqələr Şurasının üzvləri, Amerika Şiə İcmasının Qəyyumlar Şurasının üzvləri, ilahi dinlərin rəhbərləri və Amerikada yaşayan iranlılarla görüşdü, onların suallarını cavablandırdı.
Sizin rəyiniz